Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstandan avtomobil idxalı niyə KƏSKİN AZALIB?

Gürcüstandan avtomobil idxalı niyə KƏSKİN AZALIB?

Tarix: 25 Noyabr 2023 09:04

Gürcüstan Milli Statistika İdarəsinin hesabatına əsasən, Gürcüstan 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycana 371,98 milyon ABŞ dolları dəyərində 19 820 ədəd avtomobil ixrac edib.

Bu dövrdə Gürcüstandan Azərbaycana idxal olunan avtomobillərin sayı 5276 ədəd və ya 21,02 faiz azalsa da, dəyəri 126,76 milyon dollar və ya 51,7 faiz artıb.  

"Artıq ölkəmizə köhnə avtomobil idxal olunmur"

Mili.Az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan nəqliyyat sektoru üzrə ekspert Eldəniz Cəfərov, azalmanın səbəbini bir amillə əlaqələndirib: "Bu ilin mart ayında qəbul olunan yeni qaydalara əsasən, yaşı 10 ildən çox olan avtomobillərin ölkəmizə idxalı məhdudlaşdırılıb. Bu gün demək olar k, köhnə avtomobillər ölkəyə daxil olmur. Bu da qeyd edilən idxal prosesinə təsir edir".

Müsahibimizin sözlərinə görə, Gürcüstan Milli Statistika İdarəsinin hesabatı müsbət sənəddir: "Ona görə ki, ölkəmizə daxil olan yararsız avtomobillərin sayı azalıb. Bu baxımdan da Gürcüstandan gələn maşınların köhnə olduğunu düşünmürəm. Olsa da belə, bu gün əsas çoxluğu isə yeniləri təşkil edir".

"Azərbaycana nəqliyyat vasitələri əsasən Avropa və Amerikadan gəlir"

İqtisadçı-ekspert Fuad İbrahimov isə bildirdi ki, bir çox hallarda statistikanı rəqəmsal şəkildə müxtəlif istiqamətlərdən yönəltmək mümkündür: "Bir sözlə, rəqəmlərlə oynamaq və müxtəlif fikirlər formalaşdırmaq olur. Bu statistikada isə cavablar açıqdır. Yaşı 10-dan çox olan avtomobillərin idxalına məhdudiyyətlər qoyulub. Bu da onu göstərir ki, dəyəri ucuz olan maşınların idxalına icazə verilmir. Bu gün qonşu ölkə üzərindən Azərbaycana daxil olan avtonəqliyyat vasitələri əsasən Avropa və Amerikadan gəlir. Nəticədə, qiyməti müəyyən qədər baha və ətraf mühitə uyğun və müasir dövrün tələblərinə cavab verən nəqliyyat vasitələrinin idxalı isə artıb". 

Ekspert azalmanın digər səbəbini isə yanaşmaların dəyişməsi ilə əlaqələndirib: "Bu gün ölkəmizə elektromobillərin idxalı kütləviləşib. Onların da çoxu fiskal səviyyəli, yəni minimal dəyərli nəqliyyat vasitələridir. Bu baxımdan da qiymətlərdə bahalaşmanı və saylarda azalmanı görmək olur".

Milli.Az


Etiketlər:  Gürcüstandan avtomobil idxalı niyə KƏSKİN AZALIB


RƏYLƏR