Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İkardi "Real Madrid"ə? - Son nöqtəni qoydu

İkardi

Tarix: 25 Noyabr 2023 17:56

Zədələrdən əziyyət çəkən "Real Madrid" klubunun "Qalatasaray"ın hücumçusu Mauro İkardini transfer etmək istədiyi ilə bağlı xəbər vermişdik. 

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, argentinalı forvard "sarı-qırmızılar"da qalacaq. "Fotomaç"ın məlumatına görə, İkardi klub rəhbərliyinə bu sözləri çatdırıb: 

"Qalatasaray"da çox xoşbəxtəm. Pul mənim üçün heç vaxt bir seçim olmayıb. "Real Madrid" dünyaca məşhur klubdur, lakin "Qalatasaray" da çox böyük klubdur. Ayrılmaq fikrim yoxdur. Burada yenə çempion olmaq istəyirəm", deyə bildirib. 

Xatırladaq ki, "Kral klubu"nun baş məşqçisi Karlo Ançelottinin Mauro İkardini rəhbərliyə təklif etdiyi ilə bağlı xəbərlər yayılıb.

Qeyd edək ki, İkardi cari mövsümün əvvəlində Səudiyyə Ərəbistanı klublarının təkliflərini geri çevirərək, PSJ-dən "Cim-Bom"a transfer olunmuşdu.

Milli.Az


Etiketlər:  İkardi Real Madridə Son nöqtəni qoydu


RƏYLƏR