Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2019 10:24
“5G” texnologiyasını dəstəkləyən smartfonlar artıq bazarda əlçatan olmasına baxmayaraq, yüksək qiymət və beşinci nəsil (5G) şəbəkələrinin geniş yayılmamasına görə hələ ki böyük populyarlıq qazanmayıb. 2020-ci ildə vəziyyət köklü şəkildə dəyişə bilər. Bu haqda “Counterpoint” şirkətinin araşdırmasında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2019-cu il oktyabrın sonunda dünyada “5G” şəbəkəsinə qoşula bilən 20-dən çox smartfon modeli qeydə alınıb. Aparıcı “Android” qurğu istehsalçılarının öz qabaqcıl modellərində “5G” texnologiyasını tətbiq etmək cəhdlərinə baxmayaraq, “5G”-çiplərin məhdud tədarük həcminə görə daha ucuz qurğuların istehsalı hələ ki problemdir.
“Counterpoint” tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2019-cu ilin üçüncü rübündə qlobal smartfon tədarükünün həcmi 380 milyon təşkil edib ki, bu da təxminən ötən ilin göstəricilərinə uyğundur.
Mütəxəssislərin proqnozuna görə, 2020-ci ildə təxminən 200 milyon “5G” smartfon satılacaq. Başqa analitik şirkətlərdə proqnozlar nikbindir. Məsələn, “IDC”nin proqnozuna görə, 2020-ci ildə 123 milyon “5G” telefon tədarük ediləcək.
Emil Hüseynov