Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2023 20:05
"Bayağı ifaçıları səhnədən yığışdırmaq olmaz. Qoy oxusunlar. Harada qırıldı-qırıldı. Bu sənət elə bir sənətdir ki, ifaçı oxuyur və görür bu sənətə dəxlisi yoxdur. Elə orada da qırılır".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərova qonaq olduğu "10-da görüşək" verilişində deyib.
Sənətçi bildirib ki, bayağı ifaçıların məşhurlaşmasında ən böyük səbəb sosial şəbəkələrdir:
"Bayağı ifaçıların heç zaman qarşısını almaq olmaz. O sualı siz aparıcılar bir dəfə verdinizsə, bir daha verməyin. Çünki sosial şəbəkələr çoxdur. Əvvəllər də bayağı ifaçılar olub. Amma televiziya az olduğu üçün onları efirə buraxmayıblar. Amma indi bayağı ifaçılar və mahnılar sosial şəbəkələrdə qəbul olunur. Çünki orada hər səviyyədə elə insanlar var. Rəfiqələrim var, deyirlər ki, filan mahnıdan xoşum gəldi. Dinləyirsən həmin mahnını qəbul edə bilmirsən, bu mahnının ümumiyyətlə dəxlisi yoxdur.
Axı bu mahnı necə insana xoş gələ bilər? Cavab verir ki, mahnıdan xoşum gəlir. Görün elə insanlardan nə qədər var. Hətta həmin insanlar toy edəndə də elə bayağı müğənniləri məclislərinə dəvət edirlər. Deyir ki, o mənim sevimli müğənnimdir. O da toya gəlir, toydan toy tutub gedir. Elə də populyarlaşır".