Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lukaşenko onu vəzifədən azad etdi

Lukaşenko onu vəzifədən azad etdi

Tarix: 27 Noyabr 2023 20:40

İqor Braylo Belarus Prezidentinin köməkçisi - Vitebsk vilayəti üzrə müfəttiş vəzifəsindən azad edilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bununla bağlı Belarus Prezidenti Aleksandr Lukaşenko sərəncam imzalayıb. 

Bəyanatda qeyd olunur ki, Lukaşenko bu qərarı müfəttişin "dövlət qulluğuna uyğun olmayan davranışı" ilə bağlı verib. 

Lakin prezidentin köməkçisinin işdən çıxarılmasının dəqiq səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, İqor Brylo Belarus liderinin köməkçisi vəzifəsinə 2023-cü ilin iyulunda təyin olunub. O, bu təyinatdan əvvəl respublikanın kənd təsərrüfatı və ərzaq naziri vəzifəsində çalışıb.

Milli.Az


Etiketlər:  Lukaşenko onu vəzifədən azad etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ