Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

HƏMAS Qəzza sektorunda atəşkəsin eyni şərtlərlə uzadıldığını açıqlayıb

HƏMAS Qəzza sektorunda atəşkəsin eyni şərtlərlə uzadıldığını açıqlayıb

Tarix: 27 Noyabr 2023 23:46

Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında humanitar atəşkəsi daha iki gün uzatmaq barədə İsraillə razılığa gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, hərəkatın Siyasi Büro rəhbəri İsmayıl Haniyənin mətbuat katibi Taher ən-Nunu atəşkəs razılaşmasının eyni şərtlərlə fəaliyyət göstərəcəyini açıqlayıb.

"Müvəqqəti humanitar atəşkəsin daha iki gün müddətinə uzadılması ilə bağlı razılıq əldə olunub. Hər azad olunan girov üçün gündə 3 məhbus və 200 yük maşını düşür", - ən-Nunu deyib.

Milli.Az


Etiketlər:  HƏMAS Qəzza sektorunda atəşkəsin eyni şərtlərlə uzadıldığını açıqlayıb


RƏYLƏR