Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurbanovun uşaqlığını oynayan klub prezidentinin oğlu imiş - FOTO

Qurbanovun uşaqlığını oynayan klub prezidentinin oğlu imiş - FOTO

Tarix: 28 Noyabr 2023 14:36

"Qarabağ"ın çalışdırıcısı ​Qurban Qurbanova həsr olunan "Stadionlar səssiz olanda" filmində baş məşqçinin uşaqlığını canlandıran rolun ifaçısının kimliyi maraq doğurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin rolun ifaçısı "Sabah" klubunun prezidenti Maqsud Adıgözəlovun oğlu Amin Adıgözəlovdur.

9 yaşlı A.Adıgözəlov, həm də "Sabah" klubunun aşağı yaş qruplarında futbol oynayır.

Qeyd edək ki, ötən gün baş tutan filmin təqdimatından sonra Q. Qurbanov klub prezidentinin oğlunu oynadığı rola görə təbrik edərək qucaqlayıb.

Milli.Az


Etiketlər:  Qurbanovun uşaqlığını oynayan klub prezidentinin oğlu imiş FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ