Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sığorta pulu almaq üçün arvadı və qızının otağına kobra saldı

Sığorta pulu almaq üçün arvadı və qızının otağına kobra saldı

Tarix: 28 Noyabr 2023 18:18

Hindistan sakini sığorta pulu almaq üçün həyat yoldaşı və qızının yataq otağına zəhərli ilan salıb. Həkimlər kobranın dişlədiyi ana və qızın həyatını xilas edə bilməyiblər.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Odişada baş verib, qadın və onun iki yaşlı qızının meyiti yataq otağında tapılıb. Onların ölümünə səbəb olan kobra da otaqda olub. Ana və qız təcili xəstəxanaya yerləşdirilsə də, həkimlər onları xilas edə bilməyib.

Yaxınları ailə başçısının dövlətdən 400 rupi sığorta almaq ümidi ilə həyat yoldaşı və qızını öldürməsindən şübhələnirlər. Araşdırma zamanı məlum olub ki, ana və uşağın qışqırıqlarını heç kim eşitməyib, hadisədən sonra kobra qeyri-səciyyəvi davranaraq otaqda qalıb. Mərhumların qanında sakitləşdirici dərmanın izləri aşkar edilib.

Ailə başçısı saxlanılıb. O, ilanı bazardan aldığını və arvadının ilə qızının yatdığı otağa buraxdığını etiraf edib.

Milli.Az


Etiketlər:  Sığorta pulu almaq üçün arvadı qızının otağına kobra saldı


RƏYLƏR