Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İkinci soyuq müharibə: Qalib nə Rusiya, nə Qərb olacaq - Yeni supergüc

İkinci soyuq müharibə: Qalib nə Rusiya, nə Qərb olacaq - Yeni supergüc

Tarix: 28 Noyabr 2023 23:16

Qərb hesab edir ki, istənilən potensial hərbi rəqib qarşısında ciddi texnoloji üstünlüyə malikdir. Amma Çinin donanması hazırda dünyanın ən böyüyüdür və nüvə arsenalı 2030-cu ilə qədər 1000 döyüş başlığına çata bilər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Britaniyanın "Blumberq" agentliyi məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Çin ordusu yüksək texnologiyalar sahəsində sürətlə irəliləyir. Çin hipersəs raketləri sahəsində Qərbi geridə qoyub. Bunlar səsdən 5 dəfə yüksək sürətlə hərəkət etmək və zenit-raketlərdən yayınmaq qabiliyyətinə malik raketlərdir.

Eyni zamanda, Çin süni intellektin inkişafına resurslar yatırır. Nəşr bildirir ki, Çinin mövqelərinin güclənməsi qlobal güc balansını dəyişə bilər. Bu baxımdan, Qərb bu balansın hansı istiqamətdə dəyişdiyini görmək istəmirsə, təcili olaraq öz inkişafını sürətləndirməli və Çininkini isə ləngitməlidir.

"İlk növbədə Qərb hərbi-sənaye kompleksini dirçəltmək üçün ən yaxşı imkanlardan istifadə etməlidir. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) əmr-nəzarət sistemi fəaliyyət göstərir, çinlilər isə dövlət müəssisələrindən kənara çıxmağa, sahibkarları həm dövlət, həm də özəl sektor tərəfindən maliyyələşdirilən yeni tipli laboratoriyaları cəlb etməyə çalışırlar. İstedadlı Qərb texnoloqları özəl sektora üz tuturlar, Çin ordusu isə ən yaxşı texnoloji istedada malikdir. Kosmos səyahətləri və peyk rabitəsi sahəsində ən mühüm irəliləyişlər özəl sektor tərəfindən edilir", - agentlik yazır.

Bundan əlavə, "Blumberq" diqqəti ona yönəldib ki, Qərb Çin kimi öz elm adamlarını, o cümlədən universitetlərini böyütməlidir. Qərbdə bəzi istisnalarla akademik və hərbçilər arasında əlaqələrin inkişafına diqqət yetirilmir.

"Qərbin soyuq müharibədə uğuru Pentaqon və digər iki element: güclü korporasiyalar və aparıcı institutlar arasındakı münasibətdən asılı idi. Şirkətlər əmin idilər ki, Qərb yüksək texnologiyalı silahların istehsalında irəlidədir. Universitetlər isə innovativ intellektual kadrlar təqdim edirdilər. İndi - dünya yeni "soyuq müharibə"nin cənginə atıldığı vaxtda bu əlaqələr daha sürətli innovasiyaların və daha çevik korporasiyaların yeni dünyası üçün yenidən qurulmalıdır", - məqalədə vurğulanır.

Milli.Az


Etiketlər:  İkinci soyuq müharibə Qalib Rusiya Qərb olacaq Yeni supergüc


RƏYLƏR