Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2023 23:58
Türkiyənin "Qalatasaray" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, Okan Burukun baş məşqçisi olduğu komanda İngiltərənin "Mançester Yunayted" komandasını qəbul edib. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra xallarının sayını 5-ə çatdıran İstanbul təmsilçisi ikinci pilləyə yüksəlib, qonaqlar isə 4 xalla sonuncudur.
A qrupun digər görüşündə "Bavariya" Almaniyada "Kopenhagen"i qəbul edəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.