Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2023 03:15
Qantəpər təbii halda Azərbaycanda geniş yayılmış dərman bitkisidir.Qantəpərin növlərinin əksəriyyəti sarı rəngli, xoşa gələn çiçəkləri olan çoxillik ot bitkisidir. Bitkinin çiçəklərindən dəmləmə (çay) şəklində istifadə edilir. Qantəpərin dünyada 60 növünə təsadüf olunur ki, onun da 12-si Azərbaycanda bitir. Bitkinin çiçək və köklərindən xalq təbabətində geniş istifadə olunur.
Sonxeber.net sağlamolun.az-a istinadən qantəpərin bəzi faydalarını təqdim edir:
- soyuqdəymə zamanı
- daxili qanaxmalarında
- ürək-damar xəstəliklərində
- böyrək-sidik yolu xəstəliklərində
Qantəpər sadalanan xəstəliklər zamanı orqanizmə yaxşı təsir edir.
Çox güman ki, bitkiyə qantəpər adı da məhz bu səbəbdən verilmişdir.