Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Panamada prezident seçkilərində KİM qalib oldu?

Panamada prezident seçkilərində KİM qalib oldu?

Tarix: 6 May 2019 09:28

Bakı. Trend:

Panamada sol mərkəzçi İnqilabi Demokratik Partiyasından olan namizəd, keçmiş kənd təsərrüfatı naziri Laurentino Kortiso ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.

Trend-in məlumatına görə, Seçki Komissiyası onun seçicilərin 33,07% səsini topladığını elan edib.

Seçkilərdə ölkə əhalisinin 73 faizi iştirak etdiyi üçün seçki baş tutmuş sayılıb. Ümumilikdə 7 namizəd seçkilərdə iştirak edib.

L.Kortiso seçkilərin nəticələrindən məmnun qaldığını bildirərək, artıq birləşmək zamanı olduğunu deyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Panamada prezident seçkilərində KİM qalib oldu


RƏYLƏR