Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə 100-dən çox insan leysanda öldü

Bu ölkədə 100-dən çox insan leysanda öldü

Tarix: 30 Noyabr 2023 08:40

Somalidə təxminən iki həftədir davam edən leysan yağış və daşqın nəticəsində ölənlərin sayı artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Somali prezidenti Həsən Şeyx Mahmud dövlət televiziyasına verdiyi açıqlamada bildirib.

Mahmudn həyatını itirənlərin sayının 101-ə yüksəldiyini bildirib.

Daşqınlardan 2 milyon 500 min insanın zərər çəkdiyini bildirən Mahmud, 1 milyondan çox insanın köç etmək məcburiyyətində qaldığını vurğulayıb.

Daşqın nəticəsində 4 min heyvanı tələf olub, 140 min ev dağılıb.

Son illərin ən şiddətli quraqlığını yaşayan Somali və Keniya iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələr sırasındadır.

Milli.Az


Etiketlər:  Bu ölkədə 100 dən çox insan leysanda öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ