Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dekabrın 1-i, 2-si və 5-i ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Dekabrın 1-i, 2-si və 5-i ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Tarix: 30 Noyabr 2023 11:36

Sabah güclü maqnit qasırğası olacaq.

Sonxeber.net xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, geomaqnit sahəsi - 27-28 noyabrda baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası olması gözlənilir.

Dekabrın 1-də isə aktivliyin artacağı, maqnit qasırğasının G3 (güclü) səviyyəsinə qədər yüksələcəyi, dekabrın 2-də yenidən G1 səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.

Dekabrın ilk günlərində TKA və Günəşin səthindəki Tac dəliyinin təsiri ilə geomaqnit sahəsinin aktiv səviyyələrdə olacağı və 5 dekabrda yenidən G1(zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.


Etiketlər:  Dekabrın ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ