Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyadakı Azərbaycan mafiyası ilə bağlı yeni xəbər

Rusiyadakı Azərbaycan mafiyası ilə bağlı yeni xəbər

Tarix: 30 Noyabr 2023 22:42

Sankt-Peterburqda müstəntiqlər yoldan keçənlərə hücum edən və özünü "Azərbaycan mafiyası" adlandıran dəstə ilə bağlı yeni epizod qeydə alıblar. 

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

İdarənin məlumatına görə, fevralın 11-də dəstə üzvləri əllərində tapança və bıçaqla Peterhof şəhərinin Çebışevskaya küçəsindəki mənzilə daxil olaraq orada yaşayan insanlara hücum ediblər.

Evdəkiləri döyüb 100 min rubl pul tələb ediblər. Zərərçəkənlər həmin məbləğin onlarda olmadığını bildiriblər. Sonra onların əmlakı oğurlanıb.

Xatırladaq ki, mafiyanın rəhbəri hesab olunan Tural Məmmədov Azərbaycanda saxlanılaraq Rusiyaya təhvil verilib. 


Etiketlər:  Rusiyadakı Azərbaycan mafiyası ilə bağlı yeni xəbər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ