Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Messinin nələr etdiyini danışsam, mənə inanmayacaqsınız''

''Messinin nələr etdiyini danışsam, mənə inanmayacaqsınız''

Tarix: 30 Noyabr 2023 23:14

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin yığmadakı gələcəyindən danışıb.

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, ESPN onun 36 yaşlı superulduz barədə söylədiklərini belə çatdırıb:

"Messiyə deyirik ki, yığmada mümkün qədər çox oynasın. O, dünya çempionatını qazanaraq adını əbədiləşdirdi. Karyerasını nə vaxt bitirəcəyi bilinmir. Amma yazdığı tarix inanılmazdır. 

Messi futbol meydanında xoşbəxtdir. Meydandan kənarda isə daim diqqət mərkəzində olduğu üçün müəyyən çətinliklər yaşayır. Onu yaxından izləyərkən necə hisslər keçirdiyini ifadə etmək çətindir. Dəqiq anlamaq üçün Leonu yalnız iş başında görmək, necə işlədiyinə canlı baxmaq lazımdır. Onun məşqdə nələr etdiyini danışsam, mənə inanmayacaqsınız. Etdikləri ağlasığmazdır".

Qeyd edək ki, Messi 2005-ci ildən Argentinanın əsas yığmasına dəvət alır. O, "albiseleste" ilə DÇ-nin, Olimpiadanın və Amerka Kubokunun qalibi olub.


Etiketlər:  Messinin nələr etdiyini danışsam mənə inanmayacaqsınız


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ