Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xiaomi” şirkəti “Mi Watch” ''ağıllı'' saatını təqdim edib

“Xiaomi” şirkəti “Mi Watch” ''ağıllı'' saatını təqdim edib

Tarix: 6 Noyabr 2019 16:40

Çinin "Xiaomi" şirkəti "Mi Watch" "ağıllı" saatlarına sifarişlərin qəbuluna başlayıb. Bu haqda şirkət "Weibo" mikrobloqlar şəbəkəsindəki səhifəsində məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, istehsalçılar cihazı 1,78 düym diaqonallı sensor displey və 570 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediblər. Şirkətin məlumatına görə, aksesuar 36 saatadək avtonom işləyir. "Mi Watch" "ağıllı" saatına mobil rabitəni dəstəkləyən və yüksəksürətli internetə çıxışı təmin edən daxili "4G" modemə malik "Snapdragon Wear 3100" prosessoru quraşdırılıb.

 

Kontaktsız ödənişlərin həyata keçirilməsi üçün qurğuya, həmçinin NFC modulu quraşdırılıb. "Ağıllı" saata 40-dək mobil proqram quraşdırmaq, həmçinin onları "ağıllı" evin idarəetməsində istifadə etmək olar.

 

Emil Hüseynov




Etiketlər:  Xiaomi şirkəti Watch ağıllı saatını təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ