Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Artıq susmayacağam'' - model Razinin sabiq sevgilisi danışdı - FOTO

''Artıq susmayacağam'' - model Razinin sabiq sevgilisi danışdı - FOTO

Tarix: 1 Dekabr 2023 14:44

Aparıcı və model, 2017-ci ildə Azərbaycan gözəli seçilən Razi Əliyeva ilə onun sabiq sevgilisi Ziya Hüseynzadə arasında məhkəmə prosesi davam edir.

Xatırladaq ki, R.Əliyeva sosial şəbəkələrdə etdiyi paylaşımlarda və açıqlamalarında iş adamı Ziya Hüseynzadəni şiddətə meylli olmaqda, ona qarşı zor tətbiq etməkdə, evli olduğu halda Razi Əliyevaya 3 dəfə evlilik təklifi etməkdə suçlayıb.

R.Əliyeva onu da bəyan etmişdi ki, bütün bunlardan başqa o, sevgilisinə şiddət tətbiq edib, döyüb, qapını bağlayaraq evdən çıxmasına qadağa qoyub, hətta onun şəkillərini öz telefonuna köçürərək şantaj edib.

Z.Hüseynzadə isə Razi Əliyevanın, daha doğrusu, Raziyət Əliyevanın onun haqqında şikayətini şər-böhtan adlandıraraq mediaya ilk açıqlama verib:

- Bildirmək istəyirəm ki, barəmdə cinayət işinin açılmasına səbəb şər-böhtan xarakterli saxta yazışmaların və şəkillərin sosial şəbəkələrdədə yayılması olub. Həmin şəkillərin yayılmasına səbəb isə mənim evli olduğumun  öyrənilməsinə, həmçinin məndən borca aldığı külli miqdarda pul vəsaitimi və digər əmlakımı qaytarmaması, ailəmi və işguzar  nüfuzumun məhv edilməsi məqsədi olub.

Raziyyat (Razi kimi tanınan) tərəfindən paylaşılmış fotoşoplu şəkillər və video ilk öncə güya 2023-cü ilin may ayına aid olduğu iddia edilmişdi. Lakin müvafiq araşdırma zamanı məlum oldu ki, paylaşılmış foto şəkillər 2022-ci ilə aiddir. Həmçinin, cinayət işi üzrə ekspert rəyi alınmış və həmin rəy 2022-ci ildə tibb müəssisəsi tərəfində verilmiş saxta arayışa əsaslanmışdır, bundan başqa həmin xəsarətlərin yetirilməsi mənim tərəfimdən olmamış və ümumiyyətlə həmin dövürdə Raziyyat Əliyevanın hər hansı xəsarətlərin olmamasına dair kifayət qədər sübutların olmasına baxmayaraq, onun şər-böhtanlı ifadəsi əsasında mənə əlavə olaraq yeni əsassız ittiham irəli sürülmüşdü (AR CM-nin 127 ("az ağır xəsarət" və 133 ("işgəncə") maddələri üzrə). Qeyd olunan ittihamları təkzib edən faktlar - şikayətçinin güya- onun  ev dustaglığında olduğu zamanı baş verdiyini  iddia etmişdi. Bu, 2022-ci ilin sentyabr-dekabr aylarında olmuşdu.

Əksinə olaraq həmin dövrdə məhz - şikayətçı Əliyeva Raziyyat rəfiqələri ilə çoxsaylı  restoranlarda istirahət etdiyini və  mənim uzun müddət ərzində  ailəmlə xaricdə səfərlərdə olduğunu təsdiq edən sübutlar Bakı Şəhər Baş Polis İdarəsinə və Bakı Şəhər  Prokurorluğuna  tərəfimdən təqdim olunub,cinayət işinin materiallarına əlavə edilib.

Niyə məntiqli cəhətdən şikayət etməkdənsə şəhərdə və restoranlarda gəzərkən, həmçinin bahalı hədiyyələr üçün pulu məndən alırdı? 2022-ci ildə işgəncə altında və ev dustağında  yaşadığını iddia edən şikayətci ailəmin, valideynlərimin yaşayış binasının bloku garşısında gecədən səhərədək  məni və ailə üzvlərimi güdmüşdü, iş ofisimin qarşısında saatlarla məni izləmişdir. Axı guya "ev dustağı olan" Əliyeva Raziyyat bu izləmələri necə yerinə yetirə bilərdi?

Şikayətçi yanlış və əsassız iddialarının mənimlə üzləşmədə ifşa olunacağını dərk edərək, dəfələrlə tələb etdiyim üzləşmələrdən əsaslı səbəb olmadan yayınıb və istintaqa heç mobil telefonunu baxış üçün verməmişdi.

Digər ittihamlar (AR CM-nin 182-ci ("hədə-qorxu ilə əmlak  tələb etmə") və 134-cü ("ölümlə hədələmə" maddələri) telefonumun Raziyyat tərəfindən faktiki bloklandığı səbəbindən, güya vatsapp zənglə olmuş uydurma hədələr əsasında  verilib. Xatırladım ki, bloklanmış mobil telefonundan zəng etmək qeyri-mümkündür. Bunu təkzib edən yazışmalar Bakı Şəhər Baş Polis İdarəsinə və Bakı Şəhər Prokurorluğa təqdim olunub və cinayət iş materiallarına əlavə  olunub.

İttihamı isə təsdiq  edə biləcək hər hansı sübut  cinayət işi materiallarında mövcud deyil.

Raziyyat Əliyev zorakılığa məruz qaldığını, döyüldüyünü iddia edir, lakin yayılan fotolar "hadisə"dən bir il əvvəl çəkilibmiş.

Raziyyat Əliyeva güya mənim ona avtomobili hədiyyə kimi  aldığımı İnstagram səhifəsində bəyan edib. Lakin istintaqın sonrakı dövründə ittihamlarını (AR CM-nin 177-ci ("oğurluq"), 182-ci ("hədə-qorxugəlmək") və 186-cı ("əmlaka ziyan") maddələri) irəli sürmək üçün avtomobili güya öz hesabına aldığını istintaqa bildirmişdi. Bəyan edirəm ki, Raziyyatın bu saxta iddiaları həqiqətə uyğun deyil. Həmin avtomobil  mənə məxsus  olub, tərəfimdən alındığı təsdiq edən çoxsaylı  faktlardan  bəziləri artıq  Bakı Şəhər Baş Polis  İdarəsinə  və Bakı Şəhər  Prokurorluğa  təqdim olunaraq cinayət iş materiallarına əlavə edilib.

İstintaqa  və Prokurorluğa təqdim etdiyim  və edəcəyim çoxsaylı sübutlarımı sosial şəbəkələrdə və açıqlamalarımda hissə-hissə, mərhələli şəkildə əks etdirəcəyəm.

Hazırda şikayətçi üçün bəzi xahiş edən şəxslər və dairələr var ki, özlərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məndən şəxsi qisas almaq məqsədi ilə təzyiqlərə əl atıblarö Onlar əməllərini indi də davam etdirirlər.

Hər hansı  mübahisəli,qaranlıq məqamlara şikayətçi mənimlə üzləşmədə, bizə məxsus mobil telefonlarına qarşılıqlı baxış ilə aydın qətirmək olar və yaxınlarda təşkil edəcəyimiz mətbuat konfransı vasitəsi ilə mənə qarşı  bütün şər-böhtanları  təkzib  edən əks sübutlarla aydınlıq gətirəcəyəm. Mənə qarşı məqsədli təşkil olunmuş qarayaxma  kampaniyasından fərgli olaraq  kimsəni alçaldacaq, şəxsiyyətinə toxunacaq açıqlama ilə çıxış etmək niyyətində deyiləm.

lə məqamlar var ki, bizim mentalitetə uyğun gəlmir. Həm də öz abırıma sığdırmadığından susmağa davam edəcəkdim. Ancaq görəndə ki mən susduqca mənə qarşı əsassız böhtanlar və ittihamlar artmaqda davam edir.

Bu gündən etibarən mənə qarşı edilmiş və ya ediləcək böhtan  və şər xarakterli məlumatlar tərəfimdən davamlı olaraq yayılanacaqdır.

Hazırda istintaqı yekunlaşmış cinayət işinin mənim vəsatətim əsasında  yenilənmiş və mötəbər sübutu olmadan, mobil telefonlara baxış keçirilmədən, yalnız  qərəzli  ifadə əsasında verilşmiş ittihamların ləğv olunmasına, habelə ədalətli, adekvat və müvafiq tədbirlərin Bakı Şəhər Prokurorloğu və  Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən həyata  keçiriləcəyinə umid edirəm.


Etiketlər:  Artıq susmayacağam model Razinin sabiq sevgilisi danışdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ