Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaxtilə ''Real''ın sədri İlqar Məmmədovu dəstəkləyənlər indi onu istefaya çağırır

Vaxtilə ''Real''ın sədri İlqar Məmmədovu dəstəkləyənlər indi onu istefaya çağırır

Tarix: 6 Noyabr 2019 17:33

Bakı. Elçin Mehdiyev - Trend:

"Real" üzvləri öz potensiallarını reallaşdırmaq istəyirlərsə, İlqar Məmmədov partiya rəhbərliyindən istefa verməlidir.

Trend-in məlumatına görə, bunu Aslan İsmayılov deyib. Vaxtilə "Real" partiyasına böyük ümid bəslədiyini bildirən A.İsmayılov qeyd edib ki, İlqar Məmmədov azadlığa çıxdıqdan sonra çıxışları onda məyusluq hissi yaradıb:

"Bu barədə fikirlərimi açıq şəkildə bölüşdüm. Bu gün hay-küylə istefa verən Azər Qasımlı adımı çəkməsə də tənqidimə cavab olaraq məni ən ağır formada təhqir edib İ.Məmmədovu müdafiə etmişdi. Əminəm ki, A.Qasımlının istefası "Real"ın xeyrinədir. Ancaq yenə əvvəllər dediyim fikrimi bir daha təkrarlayıram. İ.Məmmədov partiya rəhbərliyindən istefa verməli, rəhbərliyə partiyadakı gənclərdən biri gətirilməli və kollektiv idarəetmə davam etməlidir. Əks halda, "Real"ı AMİP-in aqibəti gözləyir".

Xatırladaq ki, "Real" partiyası Məclisinin başqanı Azər Qasımlı sədr İlqar Məmmədovun avtoritar qərarlarına görə bu gün partiyadan istefa verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Vaxtilə Realın sədri İlqar Məmmədovu dəstəkləyənlər indi istefaya çağırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ