Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paris Hilton iki övladının niyə surroqat anadan doğulduğunun səbəbini açıqladı – FOTO

Paris Hilton iki övladının niyə surroqat anadan doğulduğunun səbəbini açıqladı – FOTO

Tarix: 1 Dekabr 2023 22:36

"Hilton" otellər şəbəkəsinin varisi, məşhur Hollivud ulduzu Paris Hilton iki uşağının niyə surroqat anadan dünyaya gəlməsi ilə bağlı məsələyə aydınlıq gətirib. 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, Parisin sözlərinə görə, bu qərar onun üçün asan olmayıb, çünki o, hamilə qalmaq istəyirdi, lakin o, həyat yoldaşı ilə birlikdə daim diqqət mərkəzində olduğu üçün bu qərarı verib. 

"Surroqat analıq şübhəsiz ki, çətin bir qərardır. Amma mənim həyatım indicə o qədər açıq oldu ki...", - deyə 42 yaşlı ulduz bildirib. 

Paris müsahibəsində qarnında körpə gəzdirmək, təpikləri hiss etmək və bütün bu həyəcanlı anları çox istədiyini dilə gətirib. 

Parisin əri Karter Reum da məşhur şəxs olduğuna görə uşaqların təhlükəsizliyindən narahat olduğunu bildirib. 

Qeyd edək ki, ötən həftə Paris Hilton sosial şəbəkə hesabında London adlı bir qız övladının dünyaya gəldiyini elan edib. Bu ilin əvvəlində onun əri Karter Reum ilə Feniks adlı oğlu doğulub. Cütlüyün hər iki övladı surroqat anadan dünyaya gəlib və bu qərarına görə Paris Hilton sosial şəbəkədə tənqidlə üzləşib. İzləyicilər Parisi "O sadəcə uşaqları pulla alır" günahlandırıblar.

Milli.Az


Etiketlər:  Paris Hilton iki övladının niyə surroqat anadan doğulduğunun səbəbini açıqladı FOTO


RƏYLƏR