Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Siz həmin ifaçıya yaxşılıq yox, pislik edirsiniz"

Tarix: 1 Dekabr 2023 23:30

Xəbər verdiyimiz kimi, Əməkdar artist Sevda Ələkbərzadə aparıcılar və "bayağı" mahnı ifaçılarını tənqid edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir çox sənət adamı Ələkbərzadənin fikirlərini yayımlayaraq, ona dəstək olublar.

Müğənni Elvin Abdullayev də S.Ələkbərzadənin fikirlərinə dəstək olaraq, bunları deyib:

"Son dərəcə düzgün və ali fikirlər deyib. Ürəyimcə oldu. Mən də hər zaman bunlara görə verilişlərdən imtina edirəm. Aparıcılar həmin "bayağı" mahnı ifaçılarını elə təqdim edirlər ki, qalırsan belə. Hələ üstəlik onlara "sənətkar" da deyirlər. Bəs, onda bizim əsl sənətkarlar nə etsin? Bununla aparıcı həmin müğənniyə yaxşılıq etmir, əksinə pislik edir. Həm həmin müğənnini, həm tamaşaçını aldadır. Həmin ifaçı da buna inanıb, başlayır "ulduzluq" edir, eqo göstərir. Onda özgüvən yaranır. Sanki kiminsə "sənətkar" sözü ilə həmin ifaçı 1 saniyədə "sənətkar" oldu. "Sənətkar" sanballı sözdür. Hər yoldankeçənə bunu demək olmaz. Bəlkə həmin adam ifaçı kimi yox, başqa sənətdə "sənətkar" ola bilər. İmkan verin adam özünü tapsın, musiqini korlayıb, özünü aldatmasın".

Qeyd edək ki, S.Ələkbərzadə "Bayağı" deyilən musiqi mövzusuna toxunmaq istərdim. İnternetdə kimin nəyə qulaq asması onun şəxsi haqqı və zövqüdür. Amma problem ondadır ki, belə musiqilər televiziya və radiolara sızıb. Bəs "bayağı" musiqisinin ifaçılarını televiziya və radio aparıcıları necə tərifləyirlər... Onlara "sənətkar" deyirlər və bu insanlar əslində "sənətkar" olduqlarına inanmağa başlayırlar" açıqlamasını verib.

Milli.Az


Etiketlər:  Siz həmin ifaçıya yaxşılıq yox pislik edirsiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ