Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Facebook” istifadəçilərin kimliyinin təsdiqi üçün sifətin tanınması sistemini sınaqdan keçirir

“Facebook” istifadəçilərin kimliyinin təsdiqi üçün sifətin tanınması sistemini sınaqdan keçirir

Tarix: 6 Noyabr 2019 18:00

“Facebook” mobil qurğular vasitəsilə öz hesabına daxil olmağa çalışan istifadəçilərin kimliyinin eyniləşdirilməsi üçün sifətin tanınması sistemini sınaqdan keçirir. Bu haqda kod təhlilçisi Ceyn Mançun Vonq bildirib. O, proqramda sifətin tanınması sisteminə istinad tapıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, Vonqun sözlərinə görə, sözügedən sistem “Apple Face ID” ilə oxşardır, lakin “Facebook” sifətin şəkillərini istifadəçinin qurğusunda deyil, 30 gün müddətində serverdə saxlamağı planlaşdırır. “Facebook”dan bildirilib ki, sistemdəki məlumatlar başqa şirkətlərə əlçatan olmayacaq.
 
 
“Facebook”un nümayəndələri bununla bağlı şərh verməkdən imtina ediblər.
 
Emil Hüseynov




Etiketlər:  Facebook istifadəçilərin kimliyinin təsdiqi üçün sifətin tanınması sistemini sınaqdan keçirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ