Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2023 07:06
Fransada hər il 160 min uşaq cinsi zorakılığın qurbanı olur.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu ölkədəki Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə İdarənin rəhbəri Qabriel Hazan RTL TV-yə açıqlamasında deyib.
"Fransada uşaq cinayəti məzmununun onlayn paylaşılması ilə bağlı gündə 700 məlumat alırıq. Ölkədə hər il 160 min uşaq cinsi zorakılığın qurbanı olur - hər üç dəqiqədə bir uşaq", - Hazan bildirib.
O, vətəndaşları ayıq olmağa və uşaqlara qarşı zorakılıq halları barədə operativ məlumat verməyə çağırıb.
"Hər gün 440-a yaxın uşaq və yeniyetmə cinsi zorakılığın qurbanına çevrilir. Onlardan yalnız 50-yə yaxını barədə təhlükəsizlik orqanlarına məlumat verilir", - qurum rəhbəri qeyd edib.