Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya ilə bağlı kitab yazdığına görə işdən qovdular

Rusiya ilə bağlı kitab yazdığına görə işdən qovdular

Tarix: 2 Dekabr 2023 08:26

Almaniyanın "Bild" nəşri baş müxbir Yurgen Helfrixti Rusiya haqqında kitab yazmaqda iştirak etdiyinə görə işdən çıxarıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə nəşrin "Telegram" səhifəsində məlumat verilib.

"Rusiyanı sevməyi öyrən" kitabı 2018-ci ildə nəşr olunub.

Onun əsas müəllifi Drezden Opera Balının keçmiş rəhbəri Hans-Yoahim Freydir. 2021-ci ildə Rusiya Prezidenti Vladimir Putinin ön sözü ilə rusdilli hissəsi işıq üzü görüb.

Milli.Az


Etiketlər:  Rusiya ilə bağlı kitab yazdığına görə işdən qovdular


RƏYLƏR