Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya ərəb dünyasından Yaxın Şərq üçün kömək istədi

Almaniya ərəb dünyasından Yaxın Şərq üçün kömək istədi

Tarix: 2 Dekabr 2023 15:54

Almaniyanın xarici işlər naziri Annalena Berbok hesab edir ki, ərəb dövlətləri Yaxın Şərqdə Fələstin-HƏMAS münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməlidir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "Tagessau" nəşri yazır.

Bildirilir ki, nazir ölkələri bu istiqamətdə konstruktiv əməkdaşlıq etməyə çağırır.

"Hər kəs indi birlikdə çalışmalıdır. Çünki israillilər və fələstinlilər üçün sülh və əmin-amanlıq içində yaşamağın açarı bu regiondadır", - deyə Berbok izah edib.

Nazir əlavə edib ki, o, regionda humanitar fasilələrin bərpasının tərəfdarıdır, bunun üçün konstruktiv və mötədil ərəb dövlətləri ilə sıx mübadilə vacibdir.

Berbok Qətər, Misir, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Mərakeşin İsrail və HƏMAS arasında danışıqlarda vasitəçilik rolunu oynadığını bildirib.


Etiketlər:  Almaniya ərəb dünyasından Yaxın Şərq üçün kömək istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ