Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real"ın futbolçusuna 1 milyon "like" gələn bu FOTOnu niyə sildirdilər?

Tarix: 3 Dekabr 2023 03:50

"Real"ın Çempionlar Liqasında "Napoli"yə 4:2 hesabı ilə qalib gəldiyi oyundan sonra madridlilərin yarımmüdafiəçi Eduardo Kamavinqa komanda yoldaşlarının xüsusi eynəklə şəklini çəkib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, fransız futbolçu daha sonra kollajı sosial şəbəkə səhifəsində yerləşdirib. Lakin cümə axşamı silmək məcburiyyətində qalıb.

"Relevo"nun məlumatına görə, buna səbəb "Nike" və "Adidas" arasında gedən mübarizədir. Kamavinqa ABŞ brendiylə əməkdaşlıq edir. Lakin kollajda fərqli brenddən geyinən oyunçular olub.

Bəzi oyunçuların idman geyimi brendləri ilə müqavilələrində rəqib brendlərin sosial şəbəkə səhifələrində nümayişi qadağan edilir. Bu səbəbdən Kamavinqa1 milyondan çox bəyənməyə baxmayaraq, şəkli silmək məcburiyyətində qalıb.

Milli.Az


Etiketlər:  Realın futbolçusuna 1 milyon like gələn bu FOTOnu niyə sildirdilər


RƏYLƏR