Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Reper Basta avtomobil qəzasına düşdü - ANBAAN VİDEO

Reper Basta avtomobil qəzasına düşdü - ANBAAN VİDEO

Tarix: 3 Dekabr 2023 17:12

Rusiyalı reper Basta (Vasili Vakulenko) Sankt-Peterburqdakı konsertindən sonra qəza keçirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisənin baş verdiyi "Qazprom Arena"nın çıxışında qara rəngli "Maybach" markalı avtomobil "Kia" ilə toqquşub.

Zərbə nəticəsində avtomobilin təhlükəsizlik yastıqları açılıb, hadisə yerinə polis və təcili yardım əməkdaşları gəlib.

İlkin məlumata görə, toqquşma nəticəsində ciddi xəsarət alan olmayıb.

İnsident anında reperin arxa oturacaqda əyləşdiyini bildirilib. O, qəzadan sonra başqa maşınla evə yollanıb.

Milli.Az


Etiketlər:  Reper Basta avtomobil qəzasına düşdü ANBAAN VİDEO


RƏYLƏR