Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real"a keçmək istəyən gürcü futbolçuya fantastik təklif

Tarix: 4 Dekabr 2023 10:14

"Çelsi" "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliyanı transfer etmək üçün hərəkətə keçib.

Milli.Az Metbuat.az-a istinadən xəbər verir ki, "Çelsi" futbolçu üçün "Napoli"yə təklif göndərib. İddialara görə, "Napoli" 22 yaşlı futbolçu üçün 100 milyon avro tələb edib.

Bildirilir ki, "Çelsi" yeni futbolçular transfer etmək üçün böyük büdcə ayırıb.

Qeyd edək ki, Xviça Kvaratsxeliyanın atası oğlunun uşaqlıqda "Real Madrid"ə azarkeşlik etdiyini açıqlamışdı. Badri Kvaratshelia bildirib ki, oğlu "Real Madrid" azarkeşidir və bu klub üçün oynamaq istəyir."Geo Team"ə danışan Badri deyib: "Xviça üçün "Real Madrid"ə qarşı oynamaq xüsusi idi. O, həmişə bunu xəyal edib və inanıram ki, hələ də "Real Madrid"də oynamaq arzusundadır. Ailəmdə hər kəs Los Blancos azarkeşidir. Bu səbəbdəndir. Bu mənim üçün çox xüsusi bir matç idi".

Milli.Az


Etiketlər:  Reala keçmək istəyən gürcü futbolçuya fantastik təklif


RƏYLƏR