Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna cəbhəyə pişikləri göndərməyə başladı

Ukrayna cəbhəyə pişikləri göndərməyə başladı

Tarix: 4 Dekabr 2023 18:24

Ukrayna siçan və siçovullarla mübarizə aparmaq üçün cəbhəyə pişik göndərməyə başlayıb.

Milli.Az yeniavaz.com-a istinadən xəbər verir ki, gəmiricilər əsgərlərin yuxu çantalarına girərək, onların yatmasına mane olur.

Bundan əlavə, onlar həm də hərbi formalar və rabitə kabelləri daxil olmaqla, qarşılarına çıxan hər şeyi gəmirirlər. Buna görə də, onlarla mübarizə aparmaq üçün cəbhəyə pişikləri göndərirlər, bəzilərini isə hərbçilər özləri ilə gətirirlər.

Qeyd edək ki, bundan əvvəl "Japan Times" da Ukrayna əsgərlərinin səngərlərdə peyda olan gəmirici dəstələrinin onlar üçün "gözlənilməz düşmənə" çevrildiyini və bu gəmiricilər naqilləri gəmirdikləri üçün hərbi qulluqçuların internetə daxil olmaqda problemlərlə üzləşdiyini bildirmişdi.

Milli.Az


Etiketlər:  Ukrayna cəbhəyə pişikləri göndərməyə başladı


RƏYLƏR