Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin məğlub olacaq - İrəvan buna hazırlaşır

Putin məğlub olacaq - İrəvan buna hazırlaşır

Tarix: 5 Dekabr 2023 08:54

Bütün məsələ Rusiya-Qərb münaqişəsi bitdikdən, Rusiya məğlub olduqdan sonra Ermənistanın aqibətidir. Rusiyanın məğlub olacağı aydındır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Milli Demokratik Qütb Şurasının üzvü Vahe Qasparyan erməni mediasına deyib.

O bildirib ki, Putinin məğlub olmasının bir çox səbəbi var:

"Putin 20 ildir ki, Qərb və Rusiya xalqı üçün məqbul fiqur olub. Lakin Ukraynaya qarşı müharibədən sonra Qərb Vladimir Putini qəbul etmir. Bunu BCM-nin onun həbsi barədə qərarı da təsdiqləyir. Qərb Rusiya xalqına mesaj göndərir ki, əgər onlar həyatın Ukrayna işğalından əvvəlki vəziyyətinə qayıtmasını istəyirlərsə, lideri dəyişdirməlidirlər. Putin Rusiyanın resurslarını oğurlayan rus elitasını qane edirdi, çünki o, quldurluğun himayəçisidir.

İndi isə vəziyyət dəyişib: rus elitasının əmlakına sanksiya qoyulub və aktivləri dondurulub. Rusiya elitası Putinlə bir qayıqda qalsa, hər şeyini itirəcək. Putin həm də neftin baha olduğu dövrdə insanların həyat səviyyəsini yüksəltməyi bacardığına görə rus xalqı tərəfindən dəstəklənirdi. İnsanlar əvvəllər Antalyada dincələ, ipoteka ilə ev ala bilirdilərsə, bu gün vəziyyət başqadır. Antalyada dincəlməkdənsə, Donbasda ölürlər. Putin rejimi ciddi dəyişikliklərlə üz-üzədir".

O iddia edib ki, Ukrayna cəbhəsində Rusiyada kəskin siyasi böhrana gətirib çıxaracaq sıçrayışlı dəyişikliklər olacaq.


Etiketlər:  Putin məğlub olacaq İrəvan buna hazırlaşır


RƏYLƏR