Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp”dan yenilik - artıq media faylı göndərərkən...

“WhatsApp”dan yenilik - artıq media faylı göndərərkən...

Tarix: 5 Dekabr 2023 10:16

"iPhone" üçün "WhatsApp"ın yeni versiyası artıq media fayllarını orijinal ölçüsündə göndərməyə imkan verir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə messencerdə dəyişikliklər və yenilikləri izləyən "WABetaInfo" portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, yenilik "WhatsApp"ın iOS üçün 23.24.73 nömrəli versiyasında müşahidə edilib. Yeni funksiya sayəsində istifadəçilər keyfiyyətini itirmədən foto və video faylları göndərə biləcəklər. Teleqramda tətbiq olunduğu kimi, əlavələr sənəd kimi göndərilməlidir. Bildirilib ki, göndərilən faylların həcmi 2 GB ilə məhdudlaşır.

Eyni zamanda, 23.24.73 yeniləməsi "iPhone"da "WhatsApp"a qrup yazışmalarında səsli çatlarda iştirak etmək və öz 3D avatarınızdan istifadə edərək istifadəçi statuslarına cavab vermək imkanı əlavə edir. İstifadəçilər üçün altı növ reaksiya mövcuddur. Davam edən, tamamlanmış və buraxılmış zənglər haqqında bildirişlər də yenidən işlənib.

Yeniləmə yaxın vaxtlarda iOS-da bütün WhatsApp istifadəçiləri üçün əlçatan olacaq. Bununla belə, "Android" üçün bu funksiya hələ sınaq mərhələsindədir.

Milli.Az


Etiketlər:  WhatsAppdan yenilik artıq media faylı göndərərkən


RƏYLƏR