Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dinarə Əliyevanın Mariya Kallasın 100 illiyinə həsr olunmuş konsert keçirilib - FOTO

Dinarə Əliyevanın Mariya Kallasın 100 illiyinə həsr olunmuş konsert keçirilib - FOTO

Tarix: 5 Dekabr 2023 20:09

Filarmoniyada "Opera Art" Dinarə Əliyevanın Beynəlxalq Musiqi Festivalı çərçivəsində Mariya Kallasın 100 illiyinə həsr olunmuş konsert keçirilib.

М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Opera Art" Dinarə Əliyevanın IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Mariya Kallasın 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Dirijor Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Xalq artisti Dinarə Əliyeva (soprano) rəhgarəng proqramla dinləyicilərin qarşısında çıxış edib.

Proqramda Vinçenso Bellini, Cüzeppe Verdi, Françesko Çilea, Frans fon Zuppe, Cakomo Puççini, Frans Leqar, Pyetro Maskanyi, Corc Qerşvin, Harold Arlen və İmre Kalmanın əsərləri səslənib.

Milli.Az


Etiketlər:  Dinarə Əliyevanın Mariya Kallasın 100 illiyinə həsr olunmuş konsert keçirilib FOTO


RƏYLƏR