Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vasif və Ceyhun Allahverdiyevlərin yaradıcılıq gecəsi keçirilib - FOTO

Vasif və Ceyhun Allahverdiyevlərin yaradıcılıq gecəsi keçirilib - FOTO

Tarix: 6 Dekabr 2023 14:03

М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti Vasif Allahverdiyev və Azərbaycan Respublikasının Əməkdar incənət xadimi Ceyhun Allahverdiyevin yaradıcılıq gecəsi keçirilib.

Dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti İlahə Hüseynovanın rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev) solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Bəyimxanım Vəliyeva (xanəndə), Sahib Paşazadə (tar), Respublika və beynəlxalq müsabiqələr laureatları

Orxan Hüseynli (xanəndə), Nigar Cəlilova (müğənni), Tahir Əmrahov (tar), Mədinə Şahgəldiyeva (kamança) və Əməkdar kollektiv Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu dinləyicilər qarşısında çıxış ediblər.

Proqramda Vasif və Ceyhun Allahverdiyevlərin əsərləri səslənib.

Milli.Az


Etiketlər:  Vasif Ceyhun Allahverdiyevlərin yaradıcılıq gecəsi keçirilib FOTO


RƏYLƏR