Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2023 14:09
İşğaldan azad olunmuş ərazilərdə mülkiyyətə dəymiş zərərlə bağlı hesablamalar aparırıq və qeyri-qanuni fəaliyyətin nəticələrini nəzərdən keçiririk.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda bildirib.
"Nəinki separatçıların özləri, həmçinin müxtəlif ölkələrdəki erməni diasporunun nümayəndələri bu fəaliyyətlərlə məşğul olublar. Onlar ədalət mühakiməsi qarşısında cavab verməlidirlər", - deyə dövlətimizin başçısı qeyd edib.