Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2023 21:44
Amerikalı ssenarist və prodüser, "All in the Family" (1971-1979), "The Jeffersons" (1975-1985) komediya seriallarının yaradıcısı Norman Lir 101 yaşında vəfat edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.
Lir çərşənbə axşamı Los-Ancelesdəki evində vəfat edib. O, altı dəfə Emmy mükafatı laureatı olub. 1968-ci ildə "Divorce American Style" (1967) filmi üçün ən yaxşı ssenariyə görə Oskar mükafatına namizəd seçilib.