Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2023 17:54
Fələstin məsələsi və Qəzzanın bombalanmasının dayandırılması Moskvada danışıqların əsas mövzularından biri olacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.
"Bu səfərlə bağlı danışıqların əsas mövzularından biri Fələstin məsələsi, blokadanın aradan qaldırılması və məzlum Fələstin xalqına yardım göstərilməsidir", - Rəisi bildirib.
Qeyd edək ki, Rəisi Moskvada səfərdədir.