Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ölmüşdük, Prezidentimiz bizi diriltdi” - Dürdanə Bəbirova

“Ölmüşdük, Prezidentimiz bizi diriltdi” - Dürdanə Bəbirova

Tarix: 7 Dekabr 2023 23:42

Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər- Bəbirov Aqşinlə Axundov Hüseyn azad ediləcək.

Milli.Az xəbər verir ki, "Qafqazinfo" bu münasibətlə Aqşin Bəbirovun anası Dürdanə Bəbirova ilə də əlaqə saxlayıb.

"Nə deyə bilərəm? Hər zaman sizlər yanımızda oldunuz. Prezidentimizə çox minnətdaram. Ölmüşdük, Prezidentimiz bizi diriltdi. Səsimizə səs verdi, fəryadımızı eşitdi"- deyə D.Bəbirova sevinc göz yaşlarına hakim ola bilməyib.

Milli.Az


Etiketlər:  Ölmüşdük Prezidentimiz bizi diriltdi Dürdanə Bəbirova


RƏYLƏR