Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İkardinin arvadı ağladı :''gücüm qalmayıb'' - FOTO

İkardinin arvadı ağladı :''gücüm qalmayıb'' - FOTO

Tarix: 8 Dekabr 2023 00:46

"Qalatasaray" futbolçusu Mauro İkardinin həyat yoldaşı və meneceri Wanda Nara diqqətçəkən açıqlamalar verib.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin həyat yoldaşı Wanda Nara İtaliya televiziyasında ailəsi və sağlamlığı haqda danışıb.

Nara göz yaşlarına hakim ola bilməyib.

"Hər bir xoreoqrafiyanı ifa etmək üçün tələb olunan məşq çox yorucudur. Həqiqətən də gücüm qalmayıb. Məşqləri bitirəndə yoruluram. Məşqlər saatlarla davam edir. Mən rəqs edirəmsə, bu, yaxşı olduğumu göstərmək üçündür. Müsabiqə üçün həkimlərin icazəsini aldım. Həqiqət budur ki, mən yaxşıyam, amma xəstəliyimə görə bir az yorğunam".

Qeyd edək ki, Vanda Nara ailəsindən ayrı qalmaqda çətinlik çəkdiyini də dilə gətirib.


Etiketlər:  İkardinin arvadı ağladı gücüm qalmayıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ