Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Karyerasına son verən Şarapovaya nə olub? Tanınmaz halda - FOTOLAR

Karyerasına son verən Şarapovaya nə olub? Tanınmaz halda - FOTOLAR

Tarix: 8 Dekabr 2023 03:02

Qadın tennisinin əfsanələrindən olan Mariya Şarapovanı xatırlayırsınız? O, 3 ildir ki, böyük idmanla vidalaşıb. Tamam fərlqi həyat sürür. Amma idmansevərlər onu unutmur.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Böyük Dəbilqənin beşqat çempionu sosial şəbəkə hesablarında yenə fotolar paylaşıb.

Görənlər Mariyanın xarici görünüşündə dəyişikliklərə görə xeyli təəccübləniblər.

"Narahat olanlar haqqında düşünmək... 2023-cü ildə son macəra. Ümid edək ki, hər şey bu şəkillər kimi sakit və toplanmış olsun. Bu mövsüm tətillər sizi hara aparacaq"? - deyə Şarapova fotoya şərh yazıb.

Rusiya qadın tennisinin əfsanəsi 2020-ci ildə 33 yaşında karyerasını başa vurub. Mariya çıxış etdiyi müddətdə fərdi yarışlarda 36, ümumilikdə isə 39 titul qazanıb. O cümlədən 5 Qrand-Şlem, və 2004-cü ildə WTA Final Çempionatında qalib olub. Rusiyalı tennisçi həm də Fed Kubokunun qalibi (2008), 2012-ci ildə keçirilən Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.

Milli.Az


Etiketlər:  Karyerasına son verən Şarapovaya olub Tanınmaz halda FOTOLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ