Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ratatouille” necə hazırlanır? - RESEPT

“Ratatouille” necə hazırlanır? - RESEPT

Tarix: 8 Dekabr 2023 07:03

"Ratatouille" Fransanın cənubundakı Provans bölgəsindən gələn ənənəvi tərəvəz yeməyidir. Balqabaq, badımcan, pomidor, bibər və soğan kimi tərəvəzləri birləşdirərək hazırlanır. 

Sonxeber.net "Ratatouille"nin reseptini təqdim edir:

İnqredentlər:

2 orta ölçülü balqabaq
2 orta boy badımcan
2 orta boy pomidor
1 orta boy soğan
2 yaşıl bibər
2 diş sarımsaq
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı duz
1/2 çay qaşığı qara bibər

Hazırlanması:

Sos üçün doğranmış soğanları bir qazana götürüb zeytun yağında yaxşıca qızardırıq. Sarımsaq, duz, qara bibər və qırmızı bibər əlavə etdikdən sonra tomat püresi əlavə edib 5 dəqiqə zəif odda bişirin.

Yuyulmuş tərəvəzləri bərabər qalınlıqda halqalara kəsin. Yuvarlak və ya düzbucaqlı çörək qabının altını yağlayın və üzərinə bişirdiyiniz sousdan tökün. Tərəvəzlərinizi sousun üzərinə düzün.

Bütün tərəvəzlərinizi düzəndən sonra üzərinə qalan sousu töküb 170 dərəcədə 25 dəqiqə bişirin. 

Nuş olsun!

Xəyal


Etiketlər:  Ratatouille necə hazırlanır RESEPT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ