Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu bitkinin yarpaqlarını sinənin üstünə düzüb saxladıqda... - Qadınların DİQQƏTİNƏ

Bu bitkinin yarpaqlarını sinənin üstünə düzüb saxladıqda... - Qadınların DİQQƏTİNƏ

Tarix: 9 Dekabr 2023 03:18

Azərbaycanda dəvədabanının bir növü yabanı halda bitir. Xalq təbabətində yarpaq və çiçəklərindən istifadə olunur. Çiçəkləri tam açdıqdan sonra toplanır.

Milli.Az xəbər verir ki, sağlamolun.az xalq təbabətində istifadə edilən dəvədabanının faydalarını və zərərlərini araşdırıb.

Faydaları:

Qədim Romada dəvədabanı orqanizmi yumşaldıcı və onun gücünü oyandırıcı kimi tanıyıblar. Onun kökündən və yarpaqlarından soyuqdəymələr, vərəm, bəlğəm zamanı istifadə edilib.

Tibbdə dəvədanı dəmləməsindən öskürək əleyhinə və bəlğəmgətiici kimi stifadə edilir.
Onun yarpaqlarının tərkibində selik, qətran və tanin var.

Bu bitkidən tibb sahəsində bronxlardakı bəlğəmin təmizlənməsi məqsədilə istifadə edilir. O pnevmoniyalar, ağ ciyərlərin emfizeması və xroniki bronxit xəstəliklərində istifadə edilir.
Dəvədabanı orqanizm daxilində olan irinli-iltihablı proseslərin aradan qalxmasına yardım edir.

Xalq təbabətində ondan südgətirici kimi istifadə edilib. Belə ki, dəvədabanı yarpalarının döşün üstünə düzüb saxladıqda gənc anaların südü çoxalır. Dəvədabanı yarpaqları döş vəzində olan süd axarlarını rahatlaşdırır və südün çoxalmasıına səbəb olur.

Xalq təbabətində onun yarpaqlarını iştahanın açılması və həzm prosesinin sürətlənməsi məqsədilə istifadə edilir.

İbn Sinanın əlyzmalarında da dəvədabanı haqqında yazılara rast gəlinir. O dəvədabanını rahat nəfəs almaq və öskürəkdən xilas olmaq üçün məsləhət bilib.

Zərərləri:

Bitkinin tərkibində pirrolizid alkoloidi var. Bunun orqanizmə az toksiki təsiri var. Ona görə də 6 həftədən çox dəvədabanı çiçəyindən istifadə eləmək məsləhət görülmür.

Bir çox ölkələrdə(Yeni Zellandiya, Avstraliya) bu bitkinin artırılmasına qadağa qoyulub.
Hamiləlik və südəmizdirmə dövrlərində də qadınlara dəvədabanı dəmləməsindən istifadə etmək olmaz.

Milli.Az


Etiketlər:  Bu bitkinin yarpaqlarını sinənin üstünə düzüb saxladıqda Qadınların DİQQƏTİNƏ


RƏYLƏR