Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PSJ-nin 12.5 faizi 4 milyarda satıldı

PSJ-nin 12.5 faizi 4 milyarda satıldı

Tarix: 9 Dekabr 2023 04:30

PSJ-nin səhmlərinin 12.5 faizi ABŞ-ın "Arctos Partnes" şirkətinə satılıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, sözügedən şirkət bunun üçün 4.25 milyard avro ödəyib. "Arctos Partners"in klubun idarəçiliyində rolu olmayacağı bildirilib.

Paris təmsilçisi bu gəlirlə stadion və məşq meydançalarının yenilənməsinə yatırım edəcək. Klubun bununla bağlı yaydığı açıqlamada qeyd olunub: "Biz yeni bazarlara genişlənməyə davam etmək, müxtəlif coğrafiyalardan olan azarkeşləri cəlb etmək və bütün dünyada idman investisiya imkanlarını araşdırmaq üçün "Arctos Partners" ilə əməkdaşlıq edirik"

PSJ-nin prezidenti Nasser Al-Xelaifi isə bu müqavilənin klubun davamlı uğuruna və böyüməsinə böyük töhfə verəcəyini bildirib.


Etiketlər:  faizi milyarda satıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ