Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ruslar bu istiqamətdə uğur qazanacaq - Kovalenko

Ruslar bu istiqamətdə uğur qazanacaq - Kovalenko

Tarix: 10 Dekabr 2023 10:38

Yaxın vaxtlarda Donetsk vilayətinin Uqledar rayonunda döyüşlər intensivləşəcək.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.

"Biz rusların Baxmut yaxınlığında həm qərb, həm də cənubda, Kleşiyevka və Andreyevka istiqamətində aktivləşməsini görürük. Marinka bölgəsindəki hərbi əməliyyatlar da intensivləşir. Yaxın vaxtlarda Uqledar yaxınlığında döyüşlər intensivləşəcək. Bunu Rusiya komandanlığı üçün ehtiyat plan adlandırmaq olar. Andreyevkanı Yeni ilə və ya Rusiyada seçkilərə qədər ələ keçirmək vəzifəsini yerinə yetirə bilməsələr, bu istiqamətlərin bəzilərində uğur qazanmaq imkanları olacaq", - Kovalenko bildirib.

Milli.Az


Etiketlər:  Ruslar bu istiqamətdə uğur qazanacaq Kovalenko


RƏYLƏR