Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

300-dən çox kiberhücum edən qruplaşmanın lideri saxlanıldı

300-dən çox kiberhücum edən qruplaşmanın lideri saxlanıldı

Tarix: 10 Dekabr 2023 22:08

İspaniya Milli Polisi 90-dan çox ölkədə 300-dən çox kiberhücum təşkil etdiyi iddia edilən qruplaşmanın liderlərindən birini saxlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Alikantedə Venesuela vətəndaşını dünyanın müxtəlif yerlərində şirkətlərə çoxsaylı hücumlar həyata keçirən "Kelvin Security" qruplaşması ilə əlaqədə olduğuna görə saxlayıblar.

Polisin bildirdiyinə görə, şübhəli cinayətkar fəaliyyətdən əldə edilən pulların yuyulmasına görə məsuliyyət daşıyan əsas şəxs olub.

İstintaq 2021-ci ilin dekabrında, hüquq-mühafizə orqanlarının əməkdaşları Getafe və Kamas şəhər meriyalarının kompüter sistemlərinə kiberhücumlar edildiyi vaxt başlayıb.

Qrupun qanunsuz yolla əldə etdiyi məlumatları satdığı qeyd olunur.Son üç il ərzində o, 300-dən çox kiberhücum həyata keçirib.

Milli.Az


Etiketlər:  300 dən çox kiberhücum edən qruplaşmanın lideri saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ