Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Xarkova yenidən hücuma keçir

Rusiya Xarkova yenidən hücuma keçir

Tarix: 10 Dekabr 2023 23:14

Rusiya ordusu Xarkov vilayətinin Kupyansk bölgəsində müdafiəni yarmağa çalışır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna ordusunun rəsmi nümayəndəsi Vladimir Fityo deyib.

O bildirib ki, Rusiya Silahlı Qüvvələri bu strateji əhəmiyyətli şəhəri ələ keçirmək planlarından əl çəkmir:

"Rusiya ordusu indi Kupyanska növbəti hücum üçün Sinkovkaya çatmağa çalışır. Kupyansk əsas logistika mərkəzidir və onun vasitəsilə genişmiqyaslı qoşun tədarükü həyata keçirilə bilər. Son 24 saat ərzində yağışlar səbəbindən ruslar dronlardan daha az istifadə edib, lakin artilleriya və minaatanlarla 399 hücum həyata keçirib".

Milli.Az


Etiketlər:  Rusiya Xarkova yenidən hücuma keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ