Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın ən bahalı və ən ucuz şəhərlərinin adları açıqlanıb - FOTOlar

Dünyanın ən bahalı və ən ucuz şəhərlərinin adları açıqlanıb - FOTOlar

Tarix: 11 Dekabr 2023 02:32

Mütəxəssislər Sinqapuru dünyanın yaşamaq üçün ən bahalı şəhəri adlandırıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə məlumatlar "The Economist" jurnalının illik "Worldwide Cost of Living Report" hesabatında təqdim olunub.

Cənub-Şərqi Asiyada yerləşən şəhər-dövlət son 11 ildə doqquzuncu dəfə reytinqə başçılıq edib. Sinqapur İsveçrənin Sürixi ilə liderliyi bölüşüb. İkinci yeri İsveçrənin Cenevrə və ABŞ-nin Nyu-York şəhərləri tutub.

Siyahıda sonrakı yerləri Honq-Konq (Çin), Los-Anceles (ABŞ), Paris (Fransa), Kopenhagen (Danimarka), Təl-Əviv (İsrail) və San-Fransisko (ABŞ) tutur.

Yaşamaq üçün ən ucuz şəhər Argentinanın Buenos-Ayresi ilə sonuncu yerdə olan Hindistanın Çennay şəhərləri olub. Həmçinin, ən ucuz şəhərlər sırasında Laqos (Nigeriya), Əhmədabad (Hindistan), Lusaka (Zambiya), Tunis (Tunis), Daşkənd (Özbəkistan), Kəraçi (Pakistan), Tripoli (Liviya), Tehran (İran), Dəməşq (Suriya) də yer alıb.

Milli.Az


Etiketlər:  Dünyanın ən bahalı ən ucuz şəhərlərinin adları açıqlanıb FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ