Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2023 04:22
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının uğursuz çıxışları haqda danışıb.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, o, komandasının indikindən pis çıxış edəndə belə, bundan yaxşı nəticələr qazandığını bildirib.
Qvardiola bu nəticələrə görə ətraflı təhlil aparmalı olduğunu deyib:
"Bu vəziyyətdə bir addım geri çəkilərək özümə deməliyəm: "Ey, Pep, oyan! Səhv bir şey var, komandanla tam təhlil apar və baş verənləri qiymətləndir. Niyə 4 oyundur qalib gələ bilmirsiniz? Əvvəllər bundan daha pis oynadığınız zaman qalib gəlirdiniz".
Qeyd edək ki, "şəhərlilər" İngiltərə Premyer Liqasının son 4 oyununda 3 dəfə heç-heçə edib, "Çelsi" (4:4), "Liverpul"(1:1), "Tottenhem" (3:3) və "Aston Villa"ya uduzub - 0:1. Komanda hazırda 30 xalla 4-cü pillədə qərarlaşıb.