Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2023 12:12
Birinci Liqanın 10-cu turunda "Qaradağ Lökbatan" doğma meydanda "Mingəçevir"i qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın baş məşqçisi Azər Həşimovla əlaqə saxlayıb onun oyun barədə fikirlərini öyrəndik.
Sonxeber.net xəbər verir ki, Həşimovun fanat.az-a açıqlaması belə oldu:
"Bildiyiniz kimi, "Mingəçevir" komandasında məşqçi dəyişikliyi oldu. Rəqibin son oyunu "İmişli"yə qarşı kubok matçında olub. Rəqib komanda məğlub olsa da, çox yaxşı çıxış etdilər. Mən "İmişli" ilə həmən oyuna baxıb rəqibimizi təhlil etmişdim. Bu oyuna ciddi hazırlaşmışdıq. Bilirdik ki, çox çətin oyun olacaq. Baxmayaraq ki, hesab 3:0 xeyirimizə oldu. Matçın birinci hissəsi 0:0 bitsə də, ikinci hissədə əlimizə düşən bütün qol imkanlarından yararlandıq. Nəticədə inamlı qələbə qazandıq. Futbolçularım əzmkar futbol nümayiş etdirdilər. Əzmkarlıq görə onların hər birinə "çox sağ ol" deyirəm. Komandamı qələbə münasibətilə təbrik edirəm. Ədəhim müəllimə (baş məşqçi Ə.Niftəliyev-N.M.) və "Mingəçevir" komandasına uğurlar arzulayıram".