Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ təhlükədədir: Bir milyardı qalıb!

ABŞ təhlükədədir: Bir milyardı qalıb!

Tarix: 11 Dekabr 2023 14:10

ABŞ-ın öz təhlükəsizliyini maliyyələşdirmək üçün təxminən 1 milyard dolları qalıb, ona görə də Vaşinqton tezliklə müdafiəsini maliyyələşdirməklə müttəfiqlərinə kömək etmək arasında seçim etməli ola bilər.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin Administrativ Büdcə İdarəsinin rəhbəri Şalanda Yanq deyib.

"Dünya daha da mürəkkəbləşdiyi bir zamanda biz ABŞ-ın hazırlığını riskə atırıq? Konqres milli təhlükəsizliyimizi maliyyələşdirməli və müttəfiqlərimizi dəstəkləməyə hazır olduğumuzdan əmin olmalıdır", - o bildirib.

O qeyd edib ki, Ukraynaya yardım göstərilməməsi ABŞ-ın milli təhlükəsizliyinə də təsir edir:

"Putin Ukrayna ərazisindən marşla keçsə, nə olacaq? NATO ölkələri, oğullarımız və qızlarımız daha böyük bir münaqişənin hissəsi olmaq riski ilə üzləşirlər. Həm də təkcə Putin yox, digər diktatorlar da Konqresin nə etdiyini izləyir".


Etiketlər:  ABŞ təhlükədədir milyardı qalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ