Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2019 14:48
Bakı. Trend:
"Fairmont Baku, Flame Towers" Azərbaycan Talassemiya Federasiyası ilə əməkdaşlıq çərçivəsində talassemiya xəstəliyindən əziyyət çəkən şəxslər üçün öz əməkdaşları arasında qanvermə aksiyası keçirir.
Trend-in məlumatına görə, aksiyanın məqsədi həm cəmiyyətə, xüsusən talassemiya xəstəliyindən əziyyət çəkənlərə yardım etmək, həm də "Fairmont Baku" komandası arasında sosial məsuliyyəti gücləndirmək missiyası daşıyır.
Aksiya 7 noyabr 2019-cu il tarixində 11:00-16:00 saatlarında "Fairmont Baku", Səttar Bəhlulzadə zalında keçiriləcək.
Talassemiya irsi keçən qanazlığı xəstəliyidir. Bunu da bilmək vacibdir ki, Talassemiya infeksion xəstəlik deyil və bir insandan digərinə heç bir halda nə birbaşa nə də qan köçürülməsi, yemək və ya hava vasitəsilə ötürülə bilməz.Ana və ata hər ikisi talassemiya daşıyıcısıdırlarsa, onların dünyaya gətirdikləri körpə ağır formalı talassemiya xəstəsi ola bilər.
Qeyd etmək lazımdır ki, valideynlәrin hər ikisi daşıyıcı olduqları təqdirdə ananın hər hamiləliyi zamanı xəstə uşaq dünyaya gətirmək riski 25%-ə bərabər olur.
Talassemiyaya tutulmuş uşaq solğun, halsız və iştahsız olur. Müalicə olmadığı təqdirdə bədəndə inkişaf zəif gedir, qaraciyər və dalağın böyüməsi ilə qarın şişir və üz sümüklərində dəyişikliklər yaranır.
Müalicəsi olduqca çətin və bahalı olan TALASSEMİYA xəstəliyində hər kəs həyatı boyu 3-4 həftə ərzində bir-iki dəfə qan almaq məcburiyyətindədir. Qan köçürmənin nəticəsi olaraq bədəndə dəmir çoxalır. Bədəndə dəmirin çoxalması qaraciyər, ürək və böyrəklərə təsir etməklə digər orqanların dağılmasına da səbəb olur. Buna görə də orqanizmdə yığılan artıq dəmiri mütəmadi olaraq xaric etmək vacibdir.
Lakin onu da qeyd etmək lazımdır ki, TALASSEMİYA xəstəliyinə tutulmuş uşaq əgər düzgün və vaxtında müalicə alarsa, sağlam həmyaşıdlarından heç nə ilə seçilməyəcək.
Qan donoru olma 7 səbəbləri
İnsan qanının əvəzi yoxdur Hər iki saniyədə dünyada bir insanın qana ehtiyacı var. Qanvermə təhlükəsiz və sadədir və bu həyat xilas edir Əgər yalnız bizim əhalinin bir faizi könüllü qan verməyə cəlb olunsa, donor qanı çatışmazlığı yaxın gələcəkdə aradan qalxacaq. Komponentlərə ayrılan hər qan torbası (ölçü vahidi-0.5 litr) üç nəfərə kömək edə bilər Siz qısa tibbi müayinədən (qan təzyiqi, hemoqlobinin və qan qrupunun təyini) keçәcәksiniz Verilən hər bir vahid qan 4 testdən keçir. Bununla siz QİÇS, Hepatit C, Hepatit B, və Sifilis testlərinin nəticələrini öyrәnә bilərsiniz.Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin